DİN-dən Kamil Zeynallı barədə rəsmi AÇIQLAMA - VİDEO

19.06.2020 14:50 1,383 baxış sayı 2 dəq. oxuma
DİN-dən Kamil Zeynallı barədə rəsmi AÇIQLAMA - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə idmançı Kamil Zeynallının avtomobil yolunda polisin yanında digər sürücü ilə dava etməsi ilə bağlı yayılan görüntülərinə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, hadisə Bakı-Şamaxı yolunda yerləşən karantin postunda qeydə alınıb.

“Hadisə zamanı Kamil Zeynallı digər sürücü ilə yol üstündə bir-biri ilə dava ediblər. Ərazidə olan polis əməkdaşları da onları saxlayaraq, aidiyyəti üzrə Polis Bölməsinə gətiriblər. Polis Bölməsində də həmin şəxslərin izahatları alınaraq sərbəst buraxılıb. Buna baxmayaraq araşdırmalar davam etdirilir. Nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, – E.Zahidov bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə K.Zeynallının avtomobil yolunda digər sürücü ilə polisin yanında dava etdiyi barədə görüntülər yayılıb.


T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: