🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

1 fevral tarixi ilə bağlı sürücülərə müraciət edildi

29.01.2021 12:25 327 baxış sayı 3 dəq. oxuma
1 fevral tarixi ilə bağlı sürücülərə müraciət edildi

Xüsusi karantin rejimi çərçivəsində 1 fevral 2021-ci il tarixindən orta məktəblərdə ibtidai siniflər üçün tədrisin əyani formada təşkilinin başlayacağını, həmçinin bəzi xidmət sahələri üzrə iş fəaliyyətinin bərpa olunacağını nəzərə alaraq küçə və prospektlərdə, xüsusi ilə də təhsil müəssisələrinin qarşısında sıxlıqların yaranması istisna edilmir.

Bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

"Bunu nəzərə alaraq hərəkət iştirakçılarına anlayışlı olmağı, yol hərəkəti qaydalarına, xüsusən də avtobus zolaqlarının tələblərinə, dayanma, durma və parklanma qaydalarına ciddi əməl etməyi tövsiyə edirik.

Mövcud pandemiya şəraitində müntəzəm və ekspres xətlər üzrə avtobusların sərbəst hərəkətinə şərait yaradılması xüsusi ilə əhəmiyyət kəsb edir. Övladlarını şəxsi nəqliyyat vasitəsi ilə məktəbə aparan valideynlərdən xahiş edirik ki, təhsil müəssisələrinin ətrafında avtomobillərini qadağan olunan yerdə park edib, digər hərəkət iştirakçılarına maneə yaratmasınlar.

Bu cür hərəkətlər inzibati məsuliyyət yaratmaqla yanaşı, yollarda süni sıxlığa səbəb olur. Nəticədə digər hərəkət iştirakçıları, ən əsası da ictimai nəqliyyat istifadəçiləri, o cümlədən müəllimlər işə gecikmələrlə çatırlar.

Məlumat üçün bildiririk ki, gündəlik xəttə çıxan avtobus sayının sərnişin tələbatında ehtimal olunan artıma uyğun tənzimlənməsi eləcə də pik saatlarda ehtiyat avtobusların cəlb olunması üçün müvafiq tədbirlər görülür", - məlumatda bildirilir.

Paylaş: