🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
7 abunə
Son Xeberler
Son Xeberler
6 abunə
Anar Türkeş
Anar Türkeş
5 abunə
Rashad Mirza
Rashad Mirza
4 abunə

190 manat nə vaxt veriləcək? Nazirlikdən RƏSMİ AÇIQLAMA

12.08.2020 11:09 409 baxış sayı 3 dəq. oxuma
190 manat nə vaxt veriləcək? Nazirlikdən

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə birdəfəlik ödəmə (190 manat) almaq hüququ yaranan 278 min şəxsin siyahısı artıq aidiyyatı banklara göndərilib. Yaxın günlərdə ödəmələrin verilməsinə başlanılacaq".

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov deyib. O bildirib ki, vətəndaşlara rəsmi məlumat göndəriləcək:

"Vəsait vətəndaşların may ayında birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən verilmiş bank kartlarına köçürüləcək və bu barədə onlara rəsmi məlumat göndəriləcək.
Birdəfəlik ödəmə aprel-may ayları üzrə 190 manat almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi faktiki yaşayış ünvanı Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinə və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarından olan işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal çalışan aztəminatlı şəxslərə veriləcək".

 
 

Etiketlər

Paylaş: