“2023-cü il Türkiyə üçün yeni zəfər ili olacaq” - Ərdoğan
“Bu gün ölkənin nəqliyyat infrastrukturu 2023-cü il üçün qarşıya qoyulan məqsədlərə çatıb. Türkiyəni postpandemiya dövründə istehsal və ticarət mərkəzinə çevirmək üçün səylərimizi davam etdirəcəyik”.
Metbuat.az “Anadolu” agentliyinə istinadən bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Türkiyə zəruri infrastrukturun tikintisindən sonra tədricən yerli və xarici investorlar üçün cazibə mərkəzinə çevrilib:
“Bu günə qədər 220 milyard dollar xarici investisiya cəlb edilmişdi ki, bu da bunun birbaşa sübutudur. Lakin Türkiyə yaxın zamanlarda bu məsələdə əsl irəliləyişin olacağını gözləyir. Ölkəmizin siyasi və iqtisadi müstəqilliyi möhkəmləndikcə, bütün maneələri aradan qaldırmaq bizim üçün daha da asanlaşırdı”.
“2023-cü il Türkiyə Respublikası üçün yeni zəfər ili olacaq. Biz 2023-cü ilə qədər xalq qarşısında verdiyimiz bütün vədləri yerinə yetirəcəyik”, - deyə Türkiyə lideri bildirib.
Türkiyə lideri son 18 ildə təkcə nəqliyyat infrastrukturunun inkişafına 880 milyarddan çox lirənin ayrıldığını vurğulayıb.
“Türkiyədə sürətli və yüksəksürətli dəmir yolu xətləri tikilib. Gələn il Ankara-Sivas sürətli dəmir yolu xəttinin tikintisi başa çatdırılacaq. Bu gün ölkənin nəqliyyat infrastrukturu 2023-cü il üçün qarşıya qoyulan məqsədlərə nail olub”, - Ərdoğan deyib.
Etiketlər
Oxşar xəbərlər
Azərbaycanda 8 Noyabr - Zəfər Günü qeyri-iş günü o...
Son Xeberler
“Pis günlər bitdi, bu gün zəfər günüdür” -
Son Xeberler
Zəfər günü qeyri-iş, Anım günü isə iş günü olacaq
Son Xeberler
Ərdoğan Zəfər paradında Vahabzadənin şeirini dedi
Son Xeberler
“Hər gün cəbhədən çox gözəl xəbərlər gəlir”
Son Xeberler
Türkiyədə futbol oyunları bərpa edilir
İdman Xəbər