“Pis günlər bitdi, bu gün zəfər günüdür” - Türkiyə MN

10.11.2020 07:22 577 baxış sayı 2 dəq. oxuma
“Pis günlər bitdi, bu gün zəfər günüdür” -

Türkiyə Müdafiə Nazirliyi tvitter səhifəsində Azərbaycanın qələbə qazanması ilə bağlı paylaşım edib.  

Nazirlik hesabında Bakıdan fotolar yayaraq zəfər günü münasibətilə hər kəsi təbrik edib:

“Azərbaycan türkü qardaşlarımız bu atalar sözünü yaxşı bilir: “Pis günün ömrü az olur”.

30 il əvvəl yaşanan kədər bu gün sona çatır. Qəhrəman qardaşlarımız döyüş meydanında gücünü göstərdi və mərdcəsinə savaşaraq qələbə qazandı. Pis günlər bitdi, bu gün zəfər günüdür, mübarək olsun”.

 



O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: