
“28 il sonra doğulduğum torpaqlara qayıdıram”

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Qara Qarayev “TRT Spor”a açıqlama verib.
O, açıqlamasında cəbhədə gedən döyüşlərdən də danışıb:
“Mən 1992-ci ildə Füzulidə anadan olmuşam. 28 il öz torpağıma, doğulduğum kəndə gedə bilməmişəm. Bu gün Azərbaycan Ordusu bu sevinci, qüruru bizə yaşadır. Uzun illərdir, torpağaqlarımız işğal altında idi. Bu, o demək deyil ki, Azərbaycan milləti, ordusu, dövləti qorxaqdır və ya nədənsə çəkinir. Biz münaqişənin sülh yolu ilə həllini gözləyirdik, amma mövcud durum buna gətirib çıxartdı ki, torpaqlarımızı müharibə ilə geri qaytaraq. İlk olaraq ordumuza təşəkkür edirəm. Daha sonra millətimizə, prezidentimizə, haqq yolunda bizi dəstəkləyən türkiyəli qardaşlarımıza və digər dövlətlərə öz minnətdarlığımı bildirirəm. Biz işğalçı deyilik, öz vətənimizdə müharibə aparırıq. Mən 28 il sonra doğulduğum torpaqlara qayıdıram”.
Bu gün “Yeni Sivas 4 Eylül” stadionunda keçiriləcək “Sivasspor” – “Qarabağ” matçı saat 21:55-də start götürəcək.
Oxşar xəbərlər

“Qardaşlarımız öz torpaqlarını geri almağa başlayı...
Son Xeberler

"Məni arvadım cavan saxlayır" -
Son Xeberler

Prezident: "Şuşada elektrik yarımstansiyası inşa e...
Son Xeberler

Zaurun Şuşadakı evi -
Son Xeberler

“Yaşadığımız günlər, anlar yaddaşımızda əbədi qala...
Son Xeberler

“Böyük qürurla Ağdamda ilk oyunu gözləyirik” -
İdman Xəbər