🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
7 abunə
Son Xeberler
Son Xeberler
6 abunə
Anar Türkeş
Anar Türkeş
5 abunə
Fly.az
Fly.az
4 abunə

6500-dən artıq saxta əlillik işi ləğv edildi

25.01.2021 14:37 275 baxış sayı 3 dəq. oxuma
6500-dən artıq saxta əlillik işi ləğv edildi

"Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün istiqamətlərdə sağlamlaşdırma işləri həyata keçirilir. Əsassız pensiyaların ləğv olunması, pensiya məbləğlərinin qanunvericiliyə uyğunlaşdırılması, digər tərəfdən isə əlilliyə görə pensiya məsələlərində hüququn yaranıb-yaranmaması məsələsi yoxlanılır”.

Bunu APA-ya müsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov bildirib. Onun sözlərinə görə, ötən dövr ərzində 6500-dən artıq saxta əlillik işi aşkar olunaraq ləğv edilib:

“Bu işlərin illik maliyyə yükü 30 milyon manatdır. Aktuar hesablamalara əsasən müəyyən edirik ki, əgər bu ödənişlər saxlanılmasaydı, dövlət büdcəsinə təxminən 735 milyon manat həcmində əsassız şəkildə ziyan vurulmuş olacaqdı. Bu tədbirlər davam etdirilir.

2018-ci ildə pensiyanın nominal məbləğində 26 milyon manat, 2019-cu ildə 103 milyon manat, 2020-ci ildə 113 milyon manat həcmində təmizləmə aparılıb.

Əgər bu rəqəmlərə müvafiq illər üzrə indeksasiya əmsallarını da tətbiq etmiş olsaq, o zaman pensiyanın nominal məbləği üzrə ümumilikdə təmizləmənin 270 milyon manatdan artıq olduğunu görərik.

Bununla da həm gəlirlərin müsbət dinamikası, həm xərclərdə aparılan optimallaşdırma işləri 2019-cu ildə 320 milyon manat vəsaitin, 2020-ci ildə isə 250 milyon manat vəsaitin dövlət büdcəsinə qaytarılmasına şərait yaradıb”.

Paylaş: