
98 nəfərin öldüyü təyyarə qəzasının səbəbi koronavirus imiş

Pakistan Federal Hava Yolları naziri Qulam Xan ölkədə keçən ay 98 nəfərin ölümünə səbəb olan təyyarə qəzasının insan səhvindən qaynaqlandığını açıqlayıb.
Səs yazılarına görə, pilot və heyəti uçuş müddətində yeni növ koronavirus barədə söhbət etməyə davam ediblər, pilot özünə çox güvənib və diqqətini təyyarəyə cəmləməyib.
Xan bildirib ki, təyyarənin ilk eniş cəhdində mühərrik alovlanıb, lakin heyət üzvləri bunu pilota bildirməyiblər:
"Təyyarədə (Airbus A320) heç bir texniki problem yox idi. Pilot və köməkçi pilotun hər ikisi sağlam və təcrübəli idi. Uçuş boyunca qülləyə texniki problemlə bağlı bir şey bildirməyiblər".
Eyni zamanda araşdırma başladılan heyətin işində Türkiyə Hava Yollarından da bir pilot yer alır.
Qeyd edək ki, 22 mayda Pakistana məxsus təyyarə Lahor-Karaçi səfərində ikən hava limanı yaxınlarında yaşayış sahəsinə düşmüşdü. 99 sərnişinin olduğu təyyarədən sadəcə 2 nəfər sağ qurtula bilmişdi. Təyyarənin düşdüyü məhəllədə 7 nəfər yaralanıb, 1 uşaq ölmüşdü.
Tibb və səhiyyə xəbərləri üzrə ixtisaslaşmışam. Tibb bacısı kimi işlədikdən sonra jurnalistikaya keçdim.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Azərbaycanda vəzifəli şəxs dəhşətli hadisədə
Son Xeberler

Fransada bir gündə 27 nəfər koronavirusdan öldü
Son Xeberler

Azərbaycanda son sutkada koronovirusa yoluxanların...
SON Xəbər

Azərbaycanda koronavirusdan ölənlərin sayı 100-ü ö...
Son Xeberler

Ölkə üzrə koronavirusa yoluxanların sayı 10 minə ç...
Son Xeberler

Azərbaycanda koronavirusla bağlı
Son Xeberler