22.12.2020 22:45
6
abunə
473
Abdullah Güldən İlham Əliyevə məktub

Türkiyənin 11-ci Prezidenti Abdullah Gül Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Əziz qardaşım.

Vətən müharibəsində şanlı mübarizə nəticəsində Qələbə qazanan qəhrəman Azərbaycan Ordusunu, bütün azərbaycanlı qardaşlarımı və Zati-alinizi Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Qardaş Azərbaycanın 44 gün davam edən Vətən müharibəsini Zəfərlə başa çatdırması və illərdir Ermənistanın işğalı altında olan torpaqlarını azad etməsi çətin keçən 2020-ci ildə bizi ən çox xoşbəxt edən hadisəni - Zəfər Gününü qürurla qeyd etməyimizə səbəb oldu.

Zati-alinizin qətiyyətli liderliyi ilə qazanılan bu Zəfər bütün Türk dünyasına sonsuz sevinc və qürur hissi yaşatdı. Bu Zəfərin əldə olunması üçün canlarını göz qırpmadan fəda edən üç minə yaxın əziz şəhidimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm.

Fürsətdən istifadə edərək, Zati-aliləri əziz qardaşım, Sizə və dəyərli ailənizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına rifah və əmin-amanlıq arzulayıram".

Daxil olun


x
This website is using cookies. More info. That's Fine