ABŞ-da bir günə 19 mindən çox yoluxma aşkar edilib

15.06.2020 14:48 577 baxış sayı 2 dəq. oxuma
ABŞ-da bir günə 19 mindən çox yoluxma aşkar edilib

ABŞ-da son sutkada 19 532 nəfərdə yeni növ koronavirus aşkar edilib, 296 nəfər COVID-19 pandemiyasının qurbanı olub.


Bu barədə federal və yerli hökumət orqanlarının, eləcə də KİV və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat yayıb.


Universitetdən verilən məlumata görə, ölkədə yoluxma hallarının ümumi sayı 2 094 069-dur. Toplamda 115 732 nəfər virusdan ölüb. 561 816 nəfər virusdan sağalıb.


Universitetin son məlumatına görə, dünyada koronavirusa yoluxmuş insanların ümumi sayı 7 936 874 nəfərdir. Virus dünyada 434 minə yaxın insanın ölümünə səbəb olub, 3,79 milyondan çox insan xəstəlikdən sağalıb.

L
Siyasi şərhçi

Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...

Bütün məqalələrə baxın
Paylaş: