ABŞ-da CNN qarşısında aksiya keçirildi
ABŞ-ın Corciya Ştatında Atlantada Azərbaycan İcmasının təşəbbüsü ilə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin növbəti dəfə raket atəşinə tutulması nəticəsində dinc əhalinin, mülki infrastrukturun hədəfə alınması ilə bağlı CNN-nin qərargahı qarşısında etiraz aksiyası keçirilib.
Aksiyada Atlanta ilə yanaşı, ABŞ-ın Virciniya, Alabama, Şimali Karolina ştatlarında yaşayan azərbaycanlılar da iştirak edib.
Aksiya zamanı çıxış edənlər Ermənistan ordusunun törətdiyi qanlı terror aktları nəticəsində çoxlu sayda mülki şəxsin həlak olması və yaralanmasını insanlıq əleyhinə yönələn müharibə cinayəti kimi qiymətləndiriblər. Bununla yanaşı, aksiya iştirakçıları CNN-dən işğalçı Ermənistanın Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərində, o cümlədən müxtəlif rayonlarda dinc əhaliyə hədəflənmiş terror aktları haqqında məlumatları yayarkən ədalətli olmağı tələb ediblər.
Aksiyada ABŞ-dakı Azərbaycan icması ilə yanaşı, Ahıska türklərinin və qazax icmasının nümayəndələri də iştirak edib. Azərbaycan, Türkiyə və Qazaxıstan bayraqlarının dalğalandığı aksiyada “Gəncə üçün dua et”, “Erməni təcavüzünə son qoyun”, “ CNN, həqiqəti işıqlandır”, “ CNN ədalətli ol, Ermənistanın təcavüzünü inkar etmə”, "Erməni terrorunu dayandırın!", "Qarabağ Azərbaycandır!" və sair şüarlar səsləndirilib.
Oxşar xəbərlər
Ermənilər azərbaycanlılara hücum etdilər,
Son Xeberler
Fransa səfirliyi qarşısında etiraz aksiyası
Son Xeberler
Gürcüstan müxalifəti parlamentin qarşısında çadırl...
Son Xeberler
Los Angelesdə Kirayə pullarının ləğv edilməsi üçün...
OrdanBurdan
Kanadada Azərbaycana dəstək yürüşü keçirildi
Son Xeberler
Ermənistanda itkin düşən hərbçilərin valideynləri...
Son Xeberler