🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

ABŞ-la Moskva arasında VAKSİN QALMAQALI - Tam hazır deyil!

14.08.2020 06:39 577 baxış sayı 2 dəq. oxuma
ABŞ-la Moskva arasında VAKSİN QALMAQALI -

Avqustun 11-də koronavirusa qarşı dünyada ilk peyvəndi qeydiyyatdan keçirən Rusiyanın bu addımı ABŞ-ın hiddətinə səbəb olub.

“Sputnik V" adlandırılan peyvəndin tətbiqinin belə tez yəni avqust ayının sonunda olması məsələsi ABŞ-ın ürəyincə olmayıb.

Amerikalılar düşünür ki, ruslar bu məsələ ilə bağlı tələsir və vaksin tam hazır deyil.

Hətta vəziyyə o həddə çatıb ki, vaksin hazırlanmasında birgə əməkdaşlıqdan Ağ ev Kremldən üz döndərib. Çünki ABŞ düşünür ki, vaksin çox az sayda insan üzərində test olunub və buna görə də onun hazır vəziyyətdə olması ÜST tərəfindən də təsdiqini tapmayıb.

Qeyd edək ki, iddia olunur ki, koronavirusa qarşı Rusiya peyvəndinin qoruyucu xüsusiyyətləri tətbiq olunandan ən azı iki il ərzində təsirini saxlayacaq.

Paylaş: