Abşeronda karantin qaydalarını pozanlar cərimələndi
Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə bu gün Abşeron Rayon Polis İdarəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları ilə birgə rayon ərazisində fəaliyyətinə icazə verilən obyektlərdə, ictimai nəqliyyatda və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, polis və hərbi qulluqçular tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərar və göstərişlərinin icrası, karantin rejiminə əməl olunması üçün qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət və əhaliyə məişət xidmətləri göstərən obyektlərdə, küçə və prospektlərdə profilaktik söhbətlər aparılıb.
Tədbirlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni maskalardan istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunub.
Reyd zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan 28 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə ediliblər. Abşeron rayonu ərazisində nəzarət-profilaktiki tədbirlər mütəmadi olaraq davam etdiriləcək.
Oxşar xəbərlər
Kürdəmirdə karantin rejimini pozanlar cərimələndi
Son Xeberler
Qaradağda nişan mərasimi etmək istəyən 16 nəfər cə...
Son Xeberler
Polis “Fairmont otel”də əməliyyat keçirdi -
Son Xeberler
Karantin qaydalarını pozan azərbaycanlı model cəri...
Son Xeberler
Qaradağda nişan mərasimi keçirmək istəyənlər cərim...
Son Xeberler
Abşeronda karantin qaydalarını pozan çay evi aşkar...
Son Xeberler