Karantin qaydalarını pozan çayxana aşkar edildi
Şamaxıda xüsusi karantin rejimi qaydalarını pozaraq gizli fəaliyyət göstərən çayxana aşkar edilib.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon sakini Ağacəfər Manafovun qanunsuz olaraq şəhər ərazisində yerləşən özünə məxsus çayxananı işlətdiyi məlum olub.
Obyektə baxış zamanı orada olan müştərilərin xüsusi karantin qaydalarını pozduqları müəyyən edilib. A.Manafov və müştərilər Polis Şöbəsinə dəvət olunub.
Karantin qaydalarını pozan müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimələniblər, obyekt sahibi barəsində isə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Bu dönərxana və kafe gizli işləyirmiş
Son Xeberler
Bakıda karantin rejimini pozan restoran aşkar edi...
Son Xeberler
Karantini pozan çay evinin sahibi cərimələndi
Son Xeberler
Azərbaycanda vəkil həbs edildi -
Son Xeberler
Abşeronda karantin qaydalarını pozan çay evi aşkar...
Son Xeberler
Kafedə ad günü məclisi təşkil edənlər saxlanıldı
Son Xeberler