Karantini pozan çay evinin sahibi cərimələndi
Karantin rejimi qaydalarını pozan ictimai-iaşə obyekti aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 13-cü Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən Bakıxanov qəsəbəsi ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan ictimai-iaşə obyekti aşkar edilib.
L.Məmmədbəyli küçəsində yerləşən “041 Lounge” çay evinin qapalı otaqlarında “playstation” oyunları oynanılaraq xüsusi karantin rejimi qaydalarının pozulması müəyyən olunub.
Obyektin sahibi və orada olan 4 müştəri polis bölməsinə dəvət olunublar. Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati protokollar tərtib edilib.
Sahibkarlıq obyektinin sahibi və müştəriləri karantin rejimi qayda və tələbləri barədə məlumatlandırılıb.
Oxşar xəbərlər
"Fairmont"da karantini pozan şəxslərdən biri jurna...
Son Xeberler
Bu dönərxana və kafe gizli işləyirmiş
Son Xeberler
Məhsul sahibi vakansiyası
Edumap.az Təhsil Portalı
Abşeronda karantin qaydalarını pozan çay evi aşkar...
Son Xeberler
Karantini pozan məşhur meyxanaçılar da cərimələndi...
Son Xeberler
Karantini pozan 1818 hərəkət iştirakçısı cəzalandı...
Son Xeberler