Açıq havada maska taxmaq ciyərlərə ziyandırmı? - AÇIQLAMA

02.12.2020 10:42 520 baxış sayı 2 dəq. oxuma
Açıq havada maska taxmaq ciyərlərə ziyandırmı? -

"Bu günlərdə yoluxma sayı 4 mini keçib və hesab edirəm ki, test sayı iki qat olsa, say daha çox ola bilər. Yanımızdan keçən hər bir şəxs potensial koronavirus xəstəsi kimi görünür".

Bu sözləri həkim-pulmonoloq Günay Əliyeva bildirib.

Onun sözlərinə görə, pandemiya dövründə əksi sübut olunana qədər hər bir hal COVID-19-dur və bu, bir qaydadır:

"Bu səbəbdən açıq havada da maska taxmaq məsləhət görülür. Maskalar insanları boğmur. Bu, psixoloji faktordur. Saturasiyanı yoxlasaq, hər birimizdə maska halında belə 98-dir. Heç kimdə bu, nəfəs almağa mane olmur.

Sadəcə bir az hava quruluğu, boğazda qıcıqlanma və başqa şikayətlər ola bilər. Bunu da zatən yol gedərkən belə tək olduğun halda su içərək bərpa etmək mümkündür. Bu, səbəb deyil, sadəcə bəhanədir. Ona görə maska taxmağa davam etmək lazımdır.

Ola bilər ki, koronavirusla bağlı peyvənd olduqdan sonra da bizim maskaya ehtiyacımız qalsın".

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: