Azərbaycanda bu tarixdən MASKA taxmaq ləğv edilir - AÇIQLAMA

09.09.2020 10:19 1,762 baxış sayı 2 dəq. oxuma
 Azərbaycanda bu tarixdən MASKA taxmaq ləğv edilir -

8 aydır ki, bütün dünyada eləcə də Azərbaycanda qapalı məkanlarda koronavirus pandemiyasına görə maska taxmaq, sosial məsafəni qoruyub, dezinfeksiya məhlularından istifadə vacib hesab olunur.Hazırda Azərbaycanda gündəlik koronavirusa yoluxanların və sağalanların artma-azalma dinamikası ilə davam edir. Azərbaycanda maska və dezinfeksiya məhlullarının istifadəsindən nə vaxt imtina edə bilər?

Bununla bağlı professor Adil Qeybulla bildirib ki, qarşıda hələ payız gəlir:

"Bilirsiniz ki, payızda digər viruslar da aktivləşir. Ona görə də düşünürəm ki, karantin davranışları payız aylarında da lazım olacaq. Payızın sonunda bu xəstəliyin sona yetməsi proqnozlaşdırılır. Hesab edirəm ki, yeni ildə biz maskadan yavaş-yavaş canımızı qurtaracağıq. Yəni qapalı məkanlarda maskadan istifadə olunmasına ehtiyac qalmayacaq.

Təbii ki, payız aylarında maskadan daha çox xəstələr, yəni özündə hər hansı narahatlıq hiss edənlərin istifadə etməsi vacibdir. Yəqin ki, maskadan və dezinfeksiya məhlularından tam azad olmaq ilin sonunda mümkün oacaq".

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: