Ağdam minaların qənimi “Bozena-5”lə təmizlənir - Özəllikləri
İşğaldan azad edilən ərazilərimizin minalardan təmizlənmə prosesi davam edir. Ötən gün də Ağdam şəhərinə gedən yolunun ətrafında minatəmizləmə əməliyyatı keçirilib. Artıq 7 kilometr uzunluğunda avtomobil yolu və onun kənarları tam təmizlənib. Hazırda həmin yolun kənarında kommunikasiya xətlərinin çəkilməsi üçün təmizləmə işləri həyata keçirilir.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Ağdamda ərazilərin minalardan təmizlənmə prosesində “Bozena-5” markalı mexaniki minatəmizləyən maşınından da istifadə edir.
20 noyabr 2020-ci il - Ağdam
Sözügedən texnika ictimaiyyətdə maraqla qarşılandığından onun özəlliklərini təqdim edirik:
“Bozena-5” Slovakiyanın “Slovak Way Industries” şirkəti tərəfindən istehsal edilib. Azərbaycan bu texnikaları 2008-ci ildə əldə edib. Həmin il ilk olaraq 5 ədəd “Bozena-5” alınıb.
Bu texnikadan piyada və tank əleyhinə minalardan ərazilərin təmizlənməsində istifadə edilir. “Bozena-5” 5 km uzaqlıqdan idarəedici bir maşındır. Həmin məsafədən idarə edilmə müddəti 11 saatdır.
Ümumi çəkisi 12 ton olan “Bozena-5”in qiyməti 1,5 milyon dollar civarındadır. Minalı ərazilərdə 2,6 enində koridor aça bilən texnikanın ön hissəsində dəqiqədə 400-500 dövrə vuran 52 zənciri var. Zəncirlərin arxas hissəsində olan lövhə isə zirehlidir. “Bozena-5”in maksimum sürəti saatda 9 km-dir. Texnikanın minalardan təmizlənmə dərinliyi 300-350 mm-ə qədərdir.
Qeyd edək ki, ANAMA-nın ixtiyarında “Bozena-4” minatəmizləmən maşınlardan da var. (qafqazinfo)
Oxşar xəbərlər
Torpaqlar minalardan belə təmizlənir -
Son Xeberler
Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
Son Xeberler
Prezident Ağdamla bağlı xalqı təbrik etdi
Son Xeberler
Azad edilmiş ərazilərə minaların təhlükəsi: Həftəl...
Bugun.az
“Ağdam-Xankəndi-Şuşa yolu müəyyən müddətə açılacaq...
Son Xeberler
“Laçın dəhlizində ərazi minalardan təmizlənir” -
Son Xeberler