
Ağdaşda avtomobil aşdı - Ölənlər və yaralananlar var

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün saat 18:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Ağdaşın Yuxarı Qəsl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Göyçayın Bığır kənd sakini, 1975-ci il təvəllüdlü Qafurov Siyavuş Girman oğlu idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən qarşısına çıxan maneəni vurmamaq üçün sükanı kənara çevirib və idarəetmənin itməsi nəticəsində maşın yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü Siyavuş Qafurov ağır xəsarətlər aldığı üçün dünyasını dəyişib. Sərnişin, Göyçay sakini, 1973-cü il təvəllüdlü Hüseynov Habil Nəsib oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər

Salyanda avtomobil aşdı:
Son Xeberler

Lerikdə avtomobil dərəyə aşdı -
Son Xeberler

Beyləqanda avtomobil körpüdən aşdı
Son Xeberler

Zaqatalada avtomobil aşdı, 2 nəfər yaralandı - FOT...
Bugun.az

Ağdaşda məclis təşkil edən kafe sahibi həbs olundu
Son Xeberler

Ağdamda maşın aşdı
Bugun.az