Lerik rayonunda baş verən yol qəzasında sürücü ölüb.
Rayonun Piran kəndində “Niva” markalı avtomobil təxminən 85 metrlik hündürlükdən dərəyə aşıb. Nəticədə sürücü - Cəlilabad rayonunun Alar kənd sakini, 1970-ci il təvəllüdlü Davud Alıxan oğlu Əliyev hadisə yerində ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.