🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Antibiotik vurulan şəxs öldü - Azərbaycanda ŞOK HADİSƏ

11.01.2021 10:17 572 baxış sayı 2 dəq. oxuma
Antibiotik vurulan şəxs öldü - Azərbaycanda ŞOK HADİSƏ

Yanvarın 9-da saat 22 radələrində Ağdaş rayon sakini 1991-ci il təvəllüdlü Baxışov Elman Elxan oğlunun yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağdaş rayon prokurorluğundan verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla Elman Baxışovun sol qol nahiyəsindəki sınıq ilə əlaqədar yaşadığı evdə ailə üzvləri tərəfindən antibiotik tərkibli “Triosef” adlı dərman preparatının vurulmasından sonra halının pisləşməsi və nəticədə ölməsi müəyyən edilib.
Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Paylaş: