🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Araik Ermənistan ordusunu bu açıqlaması ilə biabır etdi

11.11.2020 17:58 653 baxış sayı 3 dəq. oxuma
Araik Ermənistan ordusunu bu açıqlaması ilə biabır etdi

“Kimisə xəyanətdə günahlandırmaq lazımdırsa, onda bütün erməni xalqını günahlandırın”.

Bunu qondarma “Dağlıq Qarabağ respublikası”nın “prezidenti” Araik Arutyunyan feysbukda canlı yayım zamanı deyib.

Arutyunyan Şuşadakı məğlubiyyəti xatırlayaraq bildirib ki, Azərbaycan Ordusu Talış kəndini işğaldan azad edib Madagizə yaxınlaşanda erməni hərbçiləri təşviş içində “Yexniker” rayonundan qaçıblar və ön cəbhəyə dəstək üçün canlı qüvvələri olmayıb. Bəzi nizamsız bölmələr də ön mövqeləri tutmaqdan imtina ediblər.

“Mən dedim ki, irəli getmək lazımdır, ancaq onlar getmədilər. Hər dəfə xəbərdarlıq etdim ki, bizə canlı qüvvə lazımdır. Mütəxəssislərin təxminlərinə görə, qələbə üçün 80-100 min nəfərin səfərbər edilməsi lazım idi.

Torpaqları kim satdı? Biz bunu bütün xalq olaraq etdik, 18-20 yaşlı uşaqlarımıza xəyanət etdik”, - deyə separatçı rejimin “rəhbəri” deyib.

Onun sözlərinə görə, xain axtaran siyasətçilər əvvəlcə döyüşlərdə özlərinin, yaxınlarının və qohumlarının iştirakı barədə məlumat versinlər:

“Camaatı aldatmaq üçün selfi çəkmək lazım deyildi. Əsas problem əsgərlərin tək qalmaları idi. Döyüşənlər 18 yaşlı uşaqlar idi. Sonda onlar üçün də təhlükə yarandı və sülh sazişi imzalandı. Qarabağdan qaçıb Ermənistanda gizlənən kişilər satqındır.

Bizim Xankəndidə müdafiəçilərimiz yox idi, çünki hamısı ön cəbhədə idi. Bir neçə yüz, maksimum 100-200 nəfər var idi. Könüllülər, indi günahkar axtaranlar harda idi?”.

Arutyunyan sonda Yerevanda etiraz aksiyalarında iştirak edənlərə səslənərək “siyasi intriqalara qarışmayın” deyib.

Paylaş: