ASAN-ın rəhbəri vətəndaşlara müraciət etdi

12.06.2020 16:09 647 baxış sayı 2 dəq. oxuma
ASAN-ın rəhbəri vətəndaşlara müraciət etdi

Sərt karantin günlərində vətəndaşlar zəruri dərmanları onlayn sifariş verməlidirlər”.


Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədri Ülvi Mehdiyev deyib.


O bildirib ki, icazə sistemindən icazə alan apteklərin əlaqə nömrələri ictimaiyyətə açıqlanacaq:


"Vətəndaşların aptekə getməsi qadağandır. Biz vətəndaşlarımıza çağırış edirik ki, 2 günlük ehtiyaclarını, qida, su, dərman və s. əvvəlcədən alsınlar. Yəni onlayn apteklər o demək deyil ki, aidiyyəti olmayanda da o xidmətə müraciət edə bilərlər. Ötən praktikadan da məlum olduğu kimi vətəndaşlar bir çox hallarda zəruri, aidiyyəti olmayan hallarla bağlı müraciət edirdilər".

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: