DİN vətəndaşlara müraciət etdi - SON DƏQİQƏ
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
"Ermənistanın silahlı qüvvələrinin cari il iyul ayının 12-dən başlayan təxribatı nəticəsində dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlərdə Azərbaycanın qəhrəmancasına həlak olmuş hərbi qulluqçularının ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verir, şəhidlərimizin ruhuna göstərdikləri böyük ehtirama görə xalqımıza minnətdarlığımızı bildiririk.
Eyni zamanda, vətəndaşlarımızı bütün dünyada qlobal problemə çevrilmiş daha bir düşmənin – koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni bir an belə unutmamağa, yoluxma riskini dəfələrlə artıran toplaşmalardan çəkinməyə, özünütəcrid qaydalarına riayət etməyə çağırırıq.
İnanırıq ki, bu müraciəti anlayışla qarşılayaraq xüsusi karantin rejiminin tələblərinə əməl edəcək, özünüzün və yaxınlarınızın sağlamlığının qayğısına qalacaqsınız".
Etiketlər
Oxşar xəbərlər
ASAN-ın rəhbəri vətəndaşlara müraciət etdi
Son Xeberler
DİN vətəndaşlara müraciət etdi
Son Xeberler
DİN vətəndaşlara müraciət etdi
Son Xeberler
ANAMA vətəndaşlara müraciət etdi
Son Xeberler
Apteklərlə bağlı vətəndaşlara müraciət
Son Xeberler
Bakı Nəqliyyat Agentliyi vətəndaşlara müraciət etd...
Son Xeberler