🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Apteklərlə bağlı vətəndaşlara müraciət

11.06.2020 14:21 580 baxış sayı 2 dəq. oxuma
Apteklərlə bağlı vətəndaşlara müraciət

"Sərt karantin günlərində fəaliyyət göstərəcək apteklərin sahiblərinə tövsiyə edirik ki, çatdırılmanı pulsuz həyata keçirsinlər”.


Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.


TƏBİB rəsmisi bu haldan sui-istifadə edilməməsi üçün vətəndaşlara da müraciət edib:


“Gündəlik istifadə olunan dərmanların tədarükünün əvvəlcədən görülməsi məsləhətdir. Yalnız həyati vacib hallarda apteklərdən dərman sifariş etmək lazımdır”.


Qeyd edək ki, fəaliyyət göstərəcək apteklərin həmin tarixlərdə işləyəcək əməkdaşlarının və onların avtomobillərinin hərəkətinə işəgötürən tərəfindən məlumatlar elektron imzadan istifadə edilməklə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək.

Paylaş: