
Aşıq Ədalətin həkim gəlininə töhmət verildi - RƏSMİ

Qazaxda koronavirusla mübarizəyə cəlb olunan rayon Təcili Tibbi Yardım Stansiyasının işçiləri üçün ayrılan müvəqqəti binadakı şəraitdən şikayət edən həkim Sevda Nəsibovaya şiddətli töhmət verilib.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd olunub ki, S.Nəsibova vəzifə səlahiyyətlərini aşaraq məlum videoda yanlış məlumatlar yaydığı, əhali arasında çaşqınlıq yaratdığı və görülən işlərə kölgə saldığına görə şiddətli töhmət alıb.
Töhmət alan həkimin Azərbaycanın görkəmli aşığı, əməkdar incəsənət xadimi mərhum Aşıq Ədalətin (Ədalət Nəsibovun) gəlini olduğu bildirilir.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda S.Nəsibova həkimlər üçün ayrılan müvəqqəti binadakı şəraitdən şikayət edib.
Biologiya və biotexnologiya sahəsində yazıram. Genetika və yeni tibbi texnologiyalar çox maraqlı mövzulardır.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər
Aşıq Dirili Qurbani və Aşıq Ələsgərlə bağlı tarixl...
Azəri Xəbər

Aşıq Ələsgərin Abidəsinin Açılışı: Prezident İlham...
Son Xeberler

Aşıq Zülfiyyəyə AĞIR İTKİ -
Şou Xəbər

Siyavuş Novruzov töhmət almasından danışdı:
Son Xeberler

Bəhruz Məhərrəmova töhmət verildi
Son Xeberler

"Yaşadığı pis həyatı gəlininə arzulayan saxtakar"...
Şou Xəbər


