“Avqust ayı sürprizlərlə bol oldu” - Umayra Tağıyeva
“Bu ilin avqust ayı hava sürprizləri ilə bol oldu”.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
U. Tağıyeva deyib ki, bunlardan biri də Şahdağda yağan qar nəticəsində 11 sm hündürlükdə qar örtüyünün yaranmasıdır: “Burada müşahidələr 2009-cu ildən aparılır və belə bir hadisə ilk dəfədir ki, qeydə alınır. Ötən illərdə avqustun sonunda yalnız sulu qar müşahidə olunmuşdu. Bir gecə ərzində respublikanın bir sıra rayonlarında düşən yağıntının miqdarı adətən, ay ərzində düşən yağıntının miqdarına bərabər olub. Bəzi rayonlarda, xüsusən Böyük Qafqazın ayrı-ayrı ərazilərində, bəzi Aran rayonlarında, hətta paytaxt Bakıya düşən yağıntının miqdarı aylıq normadan çox olub. Güclü külək respublikanın əsasən Kür vadisi rayonlarında qeydə alınıb. Abşeron yarımadasında küləyin maksimal sürəti saniyədə 31 metrə, Xəzərə dalğanın hündürlüyü isə 5,3 metrə qədər çatdı”.
Xidmət rəisi qeyd edib ki, bu gün gün ərzində yağıntılı hava şəraiti respublikanın rayonlarında fasilələrlə davam edəcək. Artıq yağıntıların kəsilməsi avqustun 24-ü səhər saatlarından gözlənilir.
Etiketlər
Oxşar xəbərlər
ƏHALİYƏ RƏSMİ XƏBƏRDARLIQ! —
Son Xeberler
3 gün sonra yenidən qadağalar tədbiq ediləcək -
Son Xeberler
Çempionlar liqasında sensasiya:
İdman Xəbər
Əli Əsədov karantin rejiminin uzadılması ilə bağlı...
Son Xeberler
Bu tarixlərdə iş olmayacaq -
Son Xeberler
Sabahdan daha bir qadağa qüvvəyə minir -
Son Xeberler