“Azad mediaya bu cür hücumları şiddətlə qınayırıq” - Hikmət Hacıyev
Hazırda İtaliyanın “La Repubblica” qəzetinin jurnalisti Peitro Del Re erməni lobbisinin təhqiramiz hücumuna məruz qalır.
Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında yazıb.
Prezidentin köməkçisi bildirib ki, erməni lobbisi tərəfindən jurnalistlərin təhdid edilməsini, azad mediaya, ifadə azadlığına qarşı bu cür hücumları şiddətlə qınayırıq.
“Biz “Sərhədsiz Reportyorlar”a, ATƏT-in media azadlığı üzrə nümayəndəsinə çağırış edirik ki, Ermənistan-Azərbaycan münaqişəsinin obyektiv reallıqlarını işıqlandıran peşəkar jurnalistlərə və mediaya qarşı fiziki, mənəvi təhdidləri, təhqiramiz şəxsi hücumları qınasınlar. İfadə azadlığına hörmət edilməlidir”, - deyə Hikmət Hacıyev vurğulayıb.
Oxşar xəbərlər
Tərtərə hücumu şiddətlə qınayırıq -
Son Xeberler
“Ermənistanın hücumlarını şiddətlə qınayırıq” -
Son Xeberler
Gəncəyə raket hücumunu şiddətlə qınayırıq -
Son Xeberler
Kılıçdaroğlu İlham Əliyevə məktub göndərdi
Son Xeberler
“O jurnalın Ərdoğanı hədəfə almasını kəskin qınayı...
Son Xeberler
Erməni faşizmi: 41 mülki şəxs öldürülüb, 205 nəfər...
Son Xeberler