🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“O jurnalın Ərdoğanı hədəfə almasını kəskin qınayırıq”

29.10.2020 06:24 419 baxış sayı 3 dəq. oxuma
“O jurnalın Ərdoğanı hədəfə almasını kəskin qınayırıq”

““Charlie Hebdo” jurnalının İslam dini, böyük İslam Peyğəmbəri ilə bağlı təxribatçı əməlləri bütün dünya müsəlmanlarının müqəddəs hisslərinin təhqir olunması, müasir dünyamızın çox böyük ehtiyac duyduğu mədəniyyətlərarası və dinlərarası dialoq səylərinə zərbədir”.

Bunu Prezidentin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. 

O açıqlamasında bildirib ki, “Charlie Hebdo” ilk dəfə deyil ki, dini inanclara qarşı belə düşmənçilik əməlləri törədir: “Jurnal özünün islamofob fəaliyyəti ilə faktiki olaraq söz, mətbuat azadlığından sui-istifadə edir, nifrəti, dini ayrı-seçkiliyi və zorakılığı təşviq edir.

“Charlie Hebdo” jurnalının qardaş Türkiyə Respublikasının Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanı hədəfə almasını da qəbuledilməz hesab edir və kəskin şəkildə qınayırıq. 

Bu günlərdə Fransanın TF1 televiziya kanalının cəbhə xəttindən obyektiv reportaj hazırlayan jurnalistinin ermənilər tərəfindən təhqir olunması və hədələnməsinə münasibətdə susqunluq nümayiş etdirib “Charlie Hebdo”nun təxribatlarına fikir azadlığının arxasında gizlənərək bəraət qazandırılması cəhdləri bir sıra suallar doğurur.

“Charlie Hebdo”nun əməlləri bir daha günümüzdə məsuliyyətli jurnalistika məsələsinin nə qədər aktual olduğunu göstərir”.

Paylaş: