Azad olunan torpaqlarımızda təhsil sahəsi üzrə İşçi Qrupu yaradılacaq
Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə videokonfrans formatında görüşüb.
Təhsil Nazirliyindən bildirilib ki, işğaldan azad olunan torpaqlarımızda təhsil sahəsi üzrə görüləcək işləri xüsusi vurğulayan Təhsil naziri bildirib ki, artıq bununla bağlı tədbirlər planı hazırlanır və yeni yaradılacaq İşçi Qrupu bu istiqamətdə təxirəsalınmaz tədbirlər həyata keçirəcək.
Görüşdə vurğulanıb ki, bu tarixi zəfərimiz həm də Azərbaycan müəlliminin, Azərbaycan təhsilinin vətəndaş yetişdirmə məfkurəsinin qələbəsi sayılır.
İctimai Şuranın sədri Şahlar Əsgərov da öz növbəsində qələbə münasibətilə hər kəsi təbrik edib, gənclərimizdə milli-mənəvi dəyərlər və Vətənə sadiqlik tərbiyəsinin aşılanmasında məktəblərin rolunu xüsusi qeyd edib.
Videokonfransda İctimai Şura üzvləri müharibədən sonrakı dövr ərzində görüləcək işlərlə bağlı rəy və təkliflər səsləndiriblər.
Oxşar xəbərlər
“Qarabağda yaradılacaq ortaq mərkəzin texniki deta...
Son Xeberler
Təhsil naziri tələbələri təbrik etdi
Son Xeberler
Aqronom Təcrübəçi vakansiyası (Maaşlı)
Edumap.az Təhsil Portalı
Azad edilmiş ərazilərə minaların təhlükəsi: Həftəl...
Bugun.az
DİM-dən magistraturaya qəbul olunan bakalavrlara
Son Xeberler
İxtisas seçimi edəcək abituriyentlərin
Son Xeberler