AZAL: Bir nəfəri də işdən azad etməmişik

11.06.2020 13:45 531 baxış sayı 1 dəq. oxuma
AZAL: Bir nəfəri də işdən azad etməmişik

“2019-cu ildə Bakının Heydər Əliyev Beynəlxalq Aeroportu 4,7 milyon sərnişinə xidmət edib. 2020-ci ilin əvvəlindən isə də bu rəqəm 760 min nəfər təşkil edib”.


Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində “Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev deyib.


“Bu, koronavirus (COVID-19) pandemiyasının milli aviaşirkətə təsirini göstərir. Amma cənab prezidentin diqqət və qayğısı ilə əməkdaşlarımız bu gün də maaşlarını tam alır və başqa aviaşirkətlərdən fərqli olaraq bir nəfəri də işdən azad etməmişik", - deyə o, qeyd edib. 

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: