🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Azərbaycanda dərslər sentyabrda başlayacaq? AÇIQLAMA

06.07.2020 14:33 694 baxış sayı 3 dəq. oxuma
Azərbaycanda dərslər sentyabrda başlayacaq?

Xəbər verdiyimiz kimi iyulun 5-də 523 nəfər koronavirusa yoluxub, 451-i isə sağalaraq evə buraxılıb. Son iki gündə yoluxanların sayında azalma müşahidə olunur. Rusiyada dərslər sentyabrın 1-də, Türkiyədə avqustun 31-dən başlayacaq. Son iki gündə yoluxanların sayında müşahidə olunan azalma dinamikası davam etsə, Azərbaycanda dərslər sentyabrın 1-də başlaya bilərmi?

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, bununla bağlı qərarı Operativ Qərargah verəcək.

Deputat Ceyhun Məmmədov qeyd edib ki, məlum olduğu kimi heç bir ölkə belə bir vəziyyətin yaranacağını proqnozlaşdırmırdı. Anidən belə bir vəziyyətin yaranması təhsil sistemində ciddi çətinliklər yaratdı. Bir sıra ölkələr onlayn təhsillə bağlı müəyyən addımlar atsalar da ümumilikdə prosesı tam hazır deyildilər. Sizin də qeyd etdiyiniz kimi, bu məsələ ilə bağlı ayrı-ayrı ölkələr müxtəlif qərarlar qəbul ediblər. Məsələn, Türkiyədə artıq dərslərin avqustun 31-dən başlanılması ilə bağlı qərar qəbul olunub. Əsas məqsəd təhsilin yüksək səviyyədə davam etdirilməsi və bu istiqamətdə fasilənin yaranmasına imkan veilməməsidir. Azərbaycan hökuməti də ilk gündən pandemiyanın təhsil sisteminə mənfi təsirlərinin aradan qaldırılması istiqamətində tədbirlərə başladı. Tədrisin "Microsoft teams", "Zoom" və digər proqramlar vasitəsilə davam etdirilməsinə çalışdı. Ümumilikdə tədris ili normal başa vuruldu. Təbii ki, müəyyən çətinliklər də oldu. Azərbaycanda tədris ilinin nə zaman başlayacağı ilə bağlı indidən nəsə demək çətindir. Bu gün qarşıda duran əsas vəzifə virusa yoluxanların sayının azalmasıdır. Bu gün əsas güc bu istiqamətə verilib. Vəziyyətin təhlili göstərir ki, hələ də vəziyyət stabilləşmir. Ənənəvi qaydada tədrisə başlamaq üçün vəziyyət tam dəyişməlidir. Əgər vəziyyət düzəlsə tədris ənənəvi qaydada davam etdiriləcək. Əgər düzəlməsə, virusa yoluxanların sayı artsa tədris onlayn qaydada davam edə bilər. İnsanların sağlamlığı, milli təhlükəsizliyin təmin olunması hər şeydən öncə gəlir. Buradan bir daha vətəndaşlara müraciət edirik ki, özlərini və yaxınlarını qorusunlar".

 

 

Paylaş: