🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Azərbaycanda devalvasiya ehtimalı ilə bağlı VACİB AÇIQLAMA

14.01.2021 11:50 405 baxış sayı 2 dəq. oxuma
Azərbaycanda devalvasiya ehtimalı ilə bağlı

Fundamental faktorlar təxminən 1 ilə yaxındır ki, Azərbaycanda valyuta bazarında manatın məzənnəsi üzərində təzyiq yaradıb. Neftin qiymətinin ucuzlaşması, onun bazarda yaratdığı təzyiqlər, bazar iştirakçılarının davranışları (onların yığımlarını dollarla saxlamağa meyilləri) və başqa faktorlar manatın məzənnəsi üzərində təzyiq yaradır".

Bu sözləri BAKU.WS-ə iqtisadçı ekspert Rəşad Həsənov bildirib.

Onun sözlərinə görə, bütün bu faktorları neytrallaşdıran Azərbaycan hökumətinin bugünkü mövqeyi və atdığı addımlardır:

"Hökumət bu məsələdə daha çox sosial aspektdən qiymətləndirməyə üstünlük verir. Üzən məzənnə və ya devalvasiya ölkədə hansı sosial problemlər, çətinliklər, idxal inflyasiyası, borclar və s. baxımından hansı problemlər yarada bilər.

Baxmayaraq ki, ciddi təzyiqlər var, indiki halda devalvasiyanın olması gözlənilən deyil. Büdcə haqqında qanun qəbul ediləndən sonra yaxın 6 ay ərzində devalvasiya ilə bağlı qərar qəbul edilməyəcək”.

Paylaş: