
                                    
                                        Son Xeberler
                                    
                                    
                                                    
                                        
                                            
                                            9 abunə
                                        
                                    
                                Azərbaycanda həftədə cəmi 3 gün iş olacaq? - AÇIQLAMA
                        
                            
                            16.12.2020 09:36
                        
                        
                            
                            914 baxış sayı
                        
                        
                            
                            3 dəq. oxuma
                        
                                            
                                            
Xəbər verdiyimiz kimi dekabrın 14-dən yanvarın 18-dək bir neçə şəhər və rayonda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir. Ölkə üzrə xüsusi karantin rejiminin müddəti gələn il yanvarın 31-dək uzadılıb. Ölkə ərazisində sərtləşdirilmiş karantin rejiminə görə bir çox müəssisələrin fəaaliyyəti dayandırılsa da, "sms icazə" sistemi tətbiq edilsə də avtobuslarda yenə sıxlıq müşahidə olunur. Bir çox mütəxəssislər də yoluxma sayının artmasının məhz avtobuslardan qaynaqlandığını söylənilir. Avtobuslarda sıxlığın aradaan qaldırılması üçün təkliflərdən biri də həftədə iş günün azadılmasıdır, yəni həftədə 3 gün iş günü, yerdə qalan günlərdə isə insanların yalnız "sms icazə" ilə çölə çıxmasıdır.
Bununla bağlı danışan deputat Müşfiq Məmmədli bildirib ki, həftədə iş günlərinin azadılması ilə bağlı qərar vermək Operativ Qərargahın səlahiyyətindədir: "
"Sms icazə", avtobusların və müəssisələrdə iş rejiminin tənzimlənməsi, iqtisadiyyatın idarə olunması, həmçinin yoluxmaların azalması üçün nəzərdə tutulub. Burada bizim başqa məhdudlaşdırıcı tədbirlər görməyimiz ölkənin iqtisadi sferasına əlavə problemlər yaradan yalnış addımlar ola bilər.
Çünki Operativ Qərargah artıq hansı müəssisələrin işləməsi ilə bağlı siyahını araşdırmış formada ortaya qoyub. Əlavə məhdudiyyətlərin qoyulması o prosesləri qarışıq duruma sala bilər. Ancaq bu fikirlə də razıyam ki, ictimai nəqliyyatda sıxlıqla bağlı problemlər yaşanır. Bunun aradan qaldırılması da əlavə məhdudlaşdərma tədbirləri deyil, ictimai nəqliyyatını işini tənzimləməklə düzgün olare. Belə ki, daha çox avtobusların xəttə buraxılması və konkret olaraq işi, icazəsi olmadan qanunu pozaraq kənara çıxıan insanların müəyyən olunması kimi tədbirlər görülə bilər. Bu, o zaman məqsədəuyğun olar ki, avtobusların içərisində mexanizm qurşdırılsın ki, bu yolada "sms icazə"si və iş icazəsi olmayan insanların avtobusa minməsinin qarşısı alınsın. İkinci variant isə xəttə buraxılan avtobusların müəyyən intervalla tənzimləməsidir".
                    
                                        O
                                    
                                
                                Regional siyasət müxbiri
                                    
                                    
                                                                            Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bu şəhərlərdə yuxarı sinif şagirdləri də məktəbə g...
Son Xeberler
                                        
                                            
                                            472
                                        
                                        
                                            
                                            15/02 06:16
                                        
                                    
                                
Təhsil naziri: “Qısa müddətdə qapanmalara qayıda b...
Son Xeberler
                                        
                                            
                                            523
                                        
                                        
                                            
                                            22/01 09:08
                                        
                                    
                                
Ermənistanın milli valyutası dəyərini itirir
Son Xeberler
                                        
                                            
                                            501
                                        
                                        
                                            
                                            12/10 17:24
                                        
                                    
                                
Azərbaycanda toyların təşkili bu tarixdən sonra mü...
Son Xeberler
                                        
                                            
                                            1,021
                                        
                                        
                                            
                                            04/08 06:45
                                        
                                    
                                
Şagirdlər bu qaydada dərsə gedəcək: Nazir açıqladı
Son Xeberler
                                        
                                            
                                            545
                                        
                                        
                                            
                                            22/01 08:25
                                        
                                    
                                
Bu gün V-IX siniflərdə ənənəvi tədris qismən bərpa...
Son Xeberler
                                        
                                            
                                            519
                                        
                                        
                                            
                                            08/02 05:42
                                        
                                    
                                
                                        

