Azərbaycanda karantinlə bağlı daha bir qadağa Ləğv olundu
İyunun 21-dən etibarən ölkədə elan olunan sərtləşdirilmiş xüsusi karantin rejimini ilə əlaqədar “DOST” mərkəzlərində fasilə verilən vətəndaş qəbulu bərpa olunub.
Mərkəzlər saat 9:00-dan 18:00-a qədər vətəndaşların xidmətində olub.
İlk gündə Bakı şəhərində fəaliyyət göstərən DOST mərkəzlərinə rekord sayda vətəndaş müraciəti qeydə alınıb. Müraciət edən vətəndaşların ümumi sayı 1 718 nəfər olub.
Vətəndaşlara xidmət prosesi zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 virusundan qorunmaqla bağlı tövsiyələrinə əməl edilib. Əməkdaşların qoruyucu maskalarla təmin edilməsi ilə yanaşı DOST mərkəzlərində vətəndaşların da dezinfeksiyaedici məhlullardan istifadə etməsi üçün şərait yaradılıb. Mərkəzlərə gələn vətəndaşların da qoruyucu maskalarından istifadə etmələri və sosial məsafə saxlamaları tövsiyə edilib.
Qeyd edək ki, ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar iyun ayının 21-dən etibarən DOST mərkəzlərində xüsusi iş rejimi tətbiq edilirdi. Vətəndaşların müraciətləri yalnız e-poçt və “Çağrı Mərkəzi 142” vasitəsilə qəbul edilirdi.
Xatırladaq ki, hazırda Bakı şəhərində 3 “DOST” mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlər paytaxtın Yasamal, Səbail, Qaradağ, Nizami, Sabunçu, Suraxanı, Xəzər və Pirallahı rayonlarından qeydiyyatda olan əhaliyə xidmət göstərir.
Etiketlər
Oxşar xəbərlər
Azərbaycanda koronavirusa görə daha bir QADAĞA
Son Xeberler
Azərbaycanda bir həftəlik çölə çıxma qadağası tətb...
Son Xeberler
Azərbaycanda toyların keçirilməsinə 3-4 il qadağa...
Son Xeberler
Ölkədən çıxışına qadağa qoyuldu
Bugun.az
Azərbaycanda toyların təşkili bu tarixdən sonra mü...
Son Xeberler
Azərbaycanda toyların bu tarixdən keçirilməsinə ic...
Son Xeberler