🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Azərbaycanda koronavirusun yayılmasını azaldacaq YENİLİK

21.06.2020 08:23 691 baxış sayı 3 dəq. oxuma
Azərbaycanda koronavirusun yayılmasını azaldacaq

​“E-Təbib” mobil tətbiqinə qoşularaq COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınmasına öz töhvənizi verə bilərsiniz”.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (TƏBİB) "Facebook" səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, “E-Təbib” - koronavirusun yayılmasını azaltmağa kömək edən mobil tətbiqdir: “Bu tətbiq vasitəsilə siz ictimai yerlərdə olarkən ətrafınızdakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar ediləcəksiniz. Təsadüfən infeksiyanın daşıyıcısı ilə əlaqəniz olubsa (məsələn, sırada, dükanda və s.), sizə bildiriş göndəriləcək və laboratoriya testinə dəvət ediləcəksiniz.

“E-Təbib” bluetooth texnologiyası əsasında işləyir, yaxınlıqdakı digər tətbiq istifadəçiləri ilə əlaqə qurur. Bu tətbiqdən nə qədər çox insan istifadə etsə, bütün yoluxanları daha dəqiq və daha sürətli şəkildə müəyyən etmək mümkün ola bilər.

Tətbiqin köməyi ilə bir toxunuşla Koronavorus Əleyhinə Qaynar xətlə əlaqə saxlamaq, statistik məlumatlar almaq və müvafiq yardım, həmçinin müxtəlif bildirişlər və xəbərlər də almaq mümkündür”.

Tətbiqi asanlıqla telefonunuza yükləyə bilərsiniz:

İstifadə etdiyiniz sistemdən asılı olaraq, tətbiqi “Play Market” və ya “AppStore” vasitəsilə “E-Tabib” və ya “E-Təbib” yazaraq smartfonunuza endirin;

Tətbiqi işə salın və mobil telefon nömrənizi daxil edin;

SMS vasitəsilə göndəriləcək təsdiq kodunu müvafiq xanalara daxil edin;

Bluetooth qurğusunu işə salın.

“E-Təbib” tətbiqi mobil telefon nömrənizdən başqa heç bir şəxsi məlumatınızı toplamır.

Paylaş: