
Son Xeberler
9 abunə
Azərbaycanda körpələrə Polad adının verilməsi kəskin artıb
03.02.2021 16:17
477 baxış sayı
2 dəq. oxuma

Yanvar ayında doğumu qeydə alınmış 12 uşağa Polad adı verilib.
Uşaqlara bu adın verilməsi 2020-ci ildə və bu ilin ilk ayında əvvəlki illərlə müqayisədə kəskin artıb.
Bu ad ən çox 2020-ci il ərzində məşhurlaşıb. Belə ki, ötən il Polad adı 193 uşağa qoyulub. Müqayisə üçün bildirək ki, 2018-ci ildə 55 uşağa, 2019-cu ildə isə 53 uşağa Polad adı verilmişdi.
Qeyd edək ki, Polad adı general-mayor Polad Həşimovun şəhid olmasından sonra populyarlaşıb. P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. O, iyulun 15-də II Fəxri Xiyabanda dəfn olunub. 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.
Oxşar xəbərlər

Fevral ayında 26 uşağa şəhid generalın adı verilib
Son Xeberler
504
01/03 08:32

Polad Həşimovun adı bu küçəyə verildi -
Son Xeberler
820
05/08 15:17

Metro stansiyasına general Polad Həşimovun adı ver...
Son Xeberler
520
14/09 08:03

Prezident İlham Əliyev general Polad Həşimovla bağ...
Son Xeberler
810
30/07 10:24

Üç nəfərə “Azərbaycanın Milli Qəhrəmanı” adı veril...
Son Xeberler
561
09/12 16:45

Güclü partlayış: Çox sayda ölən var
Xəbər Anı
115
31/10 10:39