Metro stansiyasına general Polad Həşimovun adı veriləcək? - RƏSMİ

14.09.2020 08:03 613 baxış sayı 1 dəq. oxuma
Metro stansiyasına general Polad Həşimovun adı veriləcək? -

"Sosial şəbəkələrdə metronun hansısa stansiyasına Tovuz hadisələri zamanı şəhid olmuş general Polad Həşimovun adının verilməsi ilə bağlı yayılan videolar həqiqəti əks etdirmir".

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, bu "Bakı Metropoliteni” QSC tərəfindən hazırlanmayıb:

"Sözügedən videogörüntülər kim tərəfindən hazırlanıb, bilmirik. Lakin bu gün belə bir məsələ gündəmdə deyil. Metropolitenin stansiyaların adlandırılması ilə bağlı məsələyə Nazirlər Kabineti nəzarət edir. Bu istiqamətdə rəsmi, dəqiq məlumat olarsa, ictimaiyyətə məlumat verilər”.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: