Türkiyədə Polad Həşimov adına park açıldı - FOTOLAR

28.10.2020 16:19 549 baxış sayı 2 dəq. oxuma
Türkiyədə Polad Həşimov adına park açıldı -

Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində ölkəmizə xain hücumları nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin generalı Polad Həşimovun əziz xatirəsi Türkiyədə əbədiləşdirilib.

 Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni park salınıb.

Parkın açılış mərasimi Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, onların ruhuna dualar oxunub.

Qeyd edək ki, general Polad Həşimov adına park Bursanın Osmanqazi Bələdiyyə Məclisinin qərarı ilə salınıb.

 


V
Seçki və sorğu analitiki

Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.

Bütün məqalələrə baxın
Paylaş: