Azərbaycanda vəzifəli şəxs cəzalandırıldı
Füzuli rayonunun Qazaxlar kəndi ərazisində məişət tullantılarının qalaqlanması və ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
XIdmətin rəis müavini Bəhruz Məhəmmədovun sözlərinə görə, əraziyə keçirilən baxış zamanı sözügedən ərazidə tullantıların qanunvericiliyə uyğun idarə edilmədiyi və qalaqlanaraq yandırıldığı məlum olub.
Faktla bağlı tullantıların idarə olunmasına cavabdeh Qazaxlar bələdiyyəsinin sədri Nurəddin Bayramov barəsində protokol tərtib olunub və o, 3 000 manat məbləğində cərimə edilib.
Ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə bələdiyyə sədrinə icrası icbari olan “məcburi göstəriş” verilib
Etiketlər
Oxşar xəbərlər
Azərbaycanda vəzifəli şəxs vəfat etdi
Son Xeberler
SON DƏQİQƏ: Azərbaycanda vəzifəli şəxs vəfat etdi...
Son Xeberler
Mehdiyevin nəvəsinin toyuna gedən daha bir vəzifəl...
Son Xeberler
Azərbaycanda daha bir vəzifəli şəxs COVID-19-dan v...
Son Xeberler
Azərbaycanda vəzifəli şəxs koronavirusun qurbanı o...
Son Xeberler
SON DƏQİQƏ: Azərbaycanda daha bir vəzifəli şəxs ko...
Son Xeberler