14.07.2020 16:54
6
abunə
586
Azərbaycanlı xakerlər Paşinyanın saytını dağıtdılar - VİDEO

Baku TV xəbər verir ki, Azərbaycan xakerləri bir sıra erməni saytlarını sındıraraq Prezident İlham Əliyevin beynəlxalq tribunada səsləndirdiyi “Qarabağ Azərbaycandır və Nida işarəsi” lozunqunu yerləşdiriblər.

Həmçinin Ali baş komandan İlham Əliyevin çıxışındakı “Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpağından” fikri də olunub.

Erməni saytlarında Azərbaycan milli qəhrəmanı Mübariz İbrahimovun fotoları da yerləşdirilib.

Baku TV xəbər verir ki, dağıdılan veb resurslar içərisində həm dövlət qurumlarının, həm də bir sıra şirkətlərin rəsmi saytları mövcuddur. Onlar arasında Ermənistan baş nazirinin rəsmi səhifəsi olan https://www.primeminister.am/, Ermənistan hökumətinin saytı olan gov.am resursu da yer alır.

Baş verənlər barədə məlumatları erməni xəbər saytları da paylaşıb. Sputnik Ermənistan saytı “Xakerlər Ermənistanın baş nazirinin saytını dağıdıblar” başlıqlı xəbəri elə manşetlərə yerləşdirib. Dünən də xakkerlərimizin bir çox erməni saytlarına hücumu olmuşdu ki, “İzlər Azərbaycanı göstərir” başlıqlı xəbərlərlə ermənilər təşvişə düşmüşdülər.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine