
                                    
                                        Son Xeberler
                                    
                                    
                                                    
                                        
                                            
                                            9 abunə
                                        
                                    
                                “Azəriqaz” güncləndirilmiş iş rejimində işləyəcək
                        
                            
                            12.06.2020 10:35
                        
                        
                            
                            571 baxış sayı
                        
                        
                            
                            3 dəq. oxuma
                        
                                            
                                            
Azərbaycan Nazirlər Kabinetinin 9 iyun 2020-ci il tarixli qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək məhdudiyyətlər tətbiq ediləcək. Bir çox sahələrdə fəaliyyət dayandırılsa da, kommunal xidmətlər, o cümlədən qaz təsərrüfatı istisna edilən sahələrdəndir.
“Azəriqaz” abonentlərinin nəzərinə çatdırır ki, 14 və 16 iyun tarixlərində hər hansı bir problemlə üzləşərlərsə, Birliyin 104/185 saylı “Çağrı Mərkəzi”nə zəng etsinlər.
“Eyni zamanda (+994 77) 3 104 104 "Whatsapp" nömrəsinə səsli, görüntülü və yaxud yazılı mesajlarını göndərsinlər. Birlik sərt karantin rejiminin tətbiq olunduğu günlərdə məhdud sayda işçilərlə fəaliyyət göstərməsinə baxmayaraq, çalışacaq ki, müraciətlərin icrasını vaxtında və qüsursuz təmin etsin.
“Azəriqaz” İstehsalat Birliyi olaraq smart-kart tipli sayğaclardan istifadə edən abonentlərimizdən xahiş edirik ki, sayğaclarının istifadə olunmayan qalıq qaz həcmini nəzərdən keçirsinlər. Əgər iki gün sərt karantin vaxtında bu qalıq qaz həcmi onların təlabatını ödəməyəcəksə, mütləq 14 iyun tarixinə qədər balansı artırsınlar. Çünki 14 və 16 iyun tarixlərində hər hansı ödəniş məntəqəsi işləməyəcək və bu halda qazsız qalmanız qaçılmazdır”, - mlumatda qeyd edilib.
Bildirilib ki, ötən həftə əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq, iyunun 6-sı və 7-də belə hallar müşahidə edilib: “Ona görə də smart-kart tipli sayğaclardan istifadə edən abonentlərimizə tədbirli davranmalarını tövsiyyə edirik. Bunun üçün smart-kartlarına müəyyən qədər ehtiyat məbləğ yükləmələri məsləhət görülür. Eyni zamanda kart oxuyucu (card-reader) cihazı olan abonentlər asanlıqla onlayn ödəmə portalları vasitəsilə ödənişi həyata keçirə bilərlər”.
                    
                                        A
                                    
                                
                                İnvestigativ jurnalist
                                    
                                    
                                                                            Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

“E-Təbib” mobil tətbiqi belə işləyəcək -
Son Xeberler
                                        
                                            
                                            431
                                        
                                        
                                            
                                            25/06 14:48
                                        
                                    
                                
“Azəriqaz” İB-də yeni
Son Xeberler
                                        
                                            
                                            703
                                        
                                        
                                            
                                            11/09 10:31
                                        
                                    
                                
“Azəriqaz”da İctimai Şura yaradılıb
Son Xeberler
                                        
                                            
                                            678
                                        
                                        
                                            
                                            15/02 18:49
                                        
                                    
                                
Xırdalandakı partlayışın səbəbi -
Son Xeberler
                                        
                                            
                                            522
                                        
                                        
                                            
                                            26/01 13:52
                                        
                                    
                                
“Azərişıq” və “Azəriqaz”da qiymətlər bahalaşır?
Son Xeberler
                                        
                                            
                                            1,233
                                        
                                        
                                            
                                            02/03 18:18
                                        
                                    
                                
“Qarabağ”ın UEFA reytinqi açıqlandı
Son Xeberler
                                        
                                            
                                            606
                                        
                                        
                                            
                                            22/12 17:49
                                        
                                    
                                
                                        

