AzTV-nin daha bir əməkdaşı koronavirusdan vəfat edib.
Televiziyanın Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru Əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev gecə saatlarında həyatla vidalaşıb.
Virusa yoluxan 53 yaşlı rejissor Tibb Universitetinin Tədris Terapevtik Klinikasında müalicə alırdı.
Xatırladaq ki, 1 iyul tarixində AzTV-nin İctimai-siyasi və analitik verilişlər departamentinin rejissoru Nemətzadə Samir də koronavirusdan vəfat edib. Samirin ölümü ilə bağlı AzTV-nin yaydığı məlumatda bildirilir ki, hazırda AzTV-nin daha 5 əməkdaşı xəstəxanada müalicə alır, 1 nəfər evə buraxılıb və onların səhhətində hər hansı ağırlaşma yoxdur.