“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin İctimai-siyasi və analitik verilişlər departamentinin rejissoru Nəcəfzadə Samir koronavirusa yoluxaraq vəfat edib.
Rejissor bir neçə gün əvvəl səhhətinin ağırlaşması səbəbindən xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
36 yaşlı ailəlidi idi. Samir Bakı Dövlət Universitetinin məzunu idi. Bir çox layihələrin redaktoru və rejissoru olub. Onun ölümü həmkarlarına ağır itki olub. Mərhumun "Facebook" səhifəsində onun ölümü ilə bağlı çoxsaylı kədərli paylaşımlar edilməkdə davam edir.
Daha təsirli paylaşım AzTV-nin Baş redaktoru Aqil Məmmədova məxsusdur:
"Samirlə sonuncu danışığımız səhər 9.47-də oldu. Nəfəsi çatmırdı, kömək istəyirdi. Ancaq kömək edə bilmədik. Allah rəhmət eləsin". Azərbaycan Televiziyası üçün ağır itki oldu".
Qeyd edək ki, hazırda AzTV-nin daha 5 əməkdaşı xəstəxanada müalicə alır, 1 nəfər evə buraxılıb və onların səhhətində hər hansı ağırlaşma yoxdur.