Bakı-Qazax yolunda iki yük maşının iştirakı ilə qəza - FOTO

26.09.2020 05:50 687 baxış sayı 2 dəq. oxuma
Bakı-Qazax yolunda iki yük maşının iştirakı ilə qəza -

Bakı-Qazax avtomagistralında yol-nəqliyyat hadisəsi baş verib. 

Qəza yolun Goranboy rayonundan keçən hissəsində qeydə alınıb.  

Qəfil yola çıxan xırdabuynuzlu heyvanları əvvəlcə yük maşını vurub. Ardından “Mersedes Vito” markalı avtomobil sürüyə çırpılıb. 

Arxadan hərəkət edərək sürətini azaldan “Tofaş” markalı minik maşınına isə “Ford” markalı yük maşını çırpılıb.

Hadisə zamanı xəsarət alan olmasa da, 50-dən çox heyvan tələf olub, avtomobillərə ciddi ziyan dəyib. 

Faktla bağlı araşdırma aparılır.

 

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: