
Son Xeberler
9 abunə
Bakı-Yalama dəmir yolunun tikintisində bədbəxt hadisə baş verib
02.02.2021 09:19
478 baxış sayı
2 dəq. oxuma

Şabran rayonunda tikintidə bədbəxt hadisə baş verib.
Qəza “Azərbaycan Dəmir Yolları” ASC-nin sifarişi əsasında “Kolin” şirkəti tərəfindən tikintisi aparılan Bakı-Yalama dəmir yolunun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Ərazidə işləyən Şabran rayon sakini, 1968-ci il təvəllüdlü Ağarzayev Feyruz Əlövsət oğlunun və Siyəzən rayon sakini, 1984-cü il təvəllüdlü Ağayev Əmirağa Ağabala oğlunun üzərinə torpaqla birlikdə taxta şpallar düşüb.
Hadisə nəticəsində hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər

Xudatda Ölümcül Qəza: Bir Nəfər Öldü, İki Nəfər Ya...
Bugun.az
270
11/10 15:25

Güclü külək darvazanı aşırdı
AzMedia
161
17/12 16:51

AzTv-nin binasında bədbəxt hadisə:
Son Xeberler
626
25/12 17:57

Bu istiqamətdə hərəkət 3 aylıq dayandırılır -
Son Xeberler
806
06/08 10:11

Zaqatalanın asfalt zavodunda bədbəxt hadisə:
Son Xeberler
801
05/08 19:12

Goranboyda ağır qəza -Ölənlər var
Bugun.az
1
17/07 09:25