
Bakıda Aşura mərasimi keçirmək istəyənlər saxlanıldı

Avqustun 30-da paytaxtın Nərimanov rayonu ərazisində bir qrup şəxsin “Aşura” mərasiminin keçirilməsi ilə əlaqədar toplaşdıqları müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, onlar ərazidə xidmət aparan Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətiriliblər. Həmin şəxslərlə izahedici söhbətlər aparılıb.
Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə ümumilikdə 7 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib olunub.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Dini mərasim təşkil edən daha 25 nəfər həbs edildi
Son Xeberler

Ceyranbatanda axund və 28 nəfər cərimələndi -
Son Xeberler

Şəmkirdə “Aşura” mərasimi keçirmək istəyən şəxslər...
Son Xeberler

Qubaya gizli yolla gələn dindarlar saxlanıldı
Son Xeberler

Qaradağda nişan mərasimi keçirmək istəyənlər cərim...
Son Xeberler

Evində təziyə mərasimi keçirən ilahiyyatçı həbs ed...
Son Xeberler