
Bakıda maska taxmayanlar cərimələndi

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda iri supermarketlər şəbəkələrində, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda, yollarda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir.
Bakı şəhər BPİ Mətbuat Xidmətindən verilən məlumata görə, diqqətə çatdırılır ki, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə etmələri vacibdir. Eləcə də fəaliyyətinə icazə verilən qapalı məkanlarda xidmət personallarından qaydalara əməl etmələri tələb olunur.
Yoxlamalar zamanı müvafiq icazə olmadan yaşayış yerlərini tərk edənlər, eləcə də tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə etməyən şəxslər aşkarlandıqda həmin şəxslərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilir.
Etiketlər
Oxşar xəbərlər

Balidə maska taxmayanlar belə cəzalandırılır -VİDE...
Son Xeberler

Açıq havada maska taxmayanlar 100 manat cərimələnə...
Son Xeberler

Qapalı yerlərdə maska taxmayanlar cərimələnib
Son Xeberler

Meksika Prezidenti yalnız bu şərt daxilində maska...
Son Xeberler

Türkiyədə koronavirusdan 30 gün qoruyan maska iste...
Son Xeberler

Bu ölkədə hicab taxan qadınlar
Son Xeberler