Bakıda polislər 3 nəfəri ölümdən xilas etdi - FOTO
Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən çimərlikdə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşı, polis serjantı Ayxan Hüseynli dənizdə boğulmaq təhlükəsi ilə üzləşən azyaşlını qızı xilas edib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, həmin ərazidə xidmət aparan zaman polis əməkdaşı 11 yaşlı N.Qurbanovanın boğulduğunu görüb. Dərhal həyatını təhlükə altına qoyaraq suya atılan polis serjantı onu xilas edib.
Vaxtında edilən kömək nəticəsində azyaşlının həyatı xilas edilib.
Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən, həmçinin bu gün Dənizkənarı Milli Parkda daha bir azyaşlı və anasının həyatı xilas edilib. Park ərazisində xidmət aparan polis serjantları Rəşad Məmmədov və Sevinc Quliyeva bir qadının qışqırığının şahidi olublar.
Hadisə yerinə çatanda məlum olub ki, 11 yaşlı M.Abdullayev Dənizkənarı Milli Parkda olan zaman ehtiyatsızlıqdan suya düşüb. Bu zaman onu xilas etməyə çalışan anası A.Abdullayeva da özünü dənizə atıb və hər iki şəxs boğulmaq təhlükəsi ilə üz-üzə qalıb. Bu zaman adları çəkilən polis əməkdaşları həyatlarını təhlükə altına qoyaraq dənizdə batmaq üzrə olan ana və oğlunu xilas ediblər.
Hər iki hadisədən sonra xilas edilən şəxslər və onların valideynləri polislərə bu nümunəvi addımlarına görə öz təşəkkürlərini bildiriblər.
Oxşar xəbərlər
Göldə boğulan iki nəfər insan zənciri ilə xilas ed...
Son Xeberler
Polis çimərliklərlə bağlı vətəndaşlara
Son Xeberler
Bakıda “pampers” geyindirilən quzu ilə gəzən gəncl...
Son Xeberler
SON DƏQİQƏ: Bakıda 4 nəfəri maşın vurdu -
Son Xeberler
Yanğından xilas olmaq üçün görün nə etdi -
Son Xeberler
Bakıda polis qaçan şəxsə atəş açdı – Film kimi had...
Son Xeberler