Son Xeberler
Son Xeberler

10.12.2020 09:23

6 abunə

482

Bakıda Qələbə paradı başladı - CANLI YAYIM

Bakıda Qələbə paradı başladı -

Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parad başlayıb. 

Paradda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edir.
 
Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək. Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.

***

Dövlət başçıları "Salam əsgər!" deyərək paradda iştirak edənləri salamlayıb. Ardınca ölkələrin Dövlət Himnləri səsləndirilməyə başlayıb.